İki xəstəxanaya rəhbər təyin edildi - FOTO

İki xəstəxanaya rəhbər təyin edildi - FOTO
  18 Yanvar 2017    Oxunub:12904
Nazirlər Kabineti yanında icbari tibbi sığorta üzrə dövlət agentliyinin direktoru Zaur Əliyevin əmri ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasının və Yevlax Şəhər Uşaq Xəstəxanasının bazalarında mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq Yevlax Rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxs, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının bazasında isə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxs yaradılıb.
Agentlikdən AzVision.az-a verilən məlumata görə, hər iki pilot ərazidəki xəstəxanaların təsdiq edilmiş nizamnamələrinə uyğun olaraq, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxsə direktor Könül Ələkbərov, Yevlax Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsə isə Azər İsmayilov direktor təyin edilib.

Qeyd edək ki, Könül Ələkbərov Azərbaycan Tibb Universitetinin məzunudur. 2008-ci ildə Prezidentin sərəncamına əsasən, “Əməkdar həkim” fəxri adı ilə təltif olunub.

Azər İsmayılov Azərbaycan Tibb Universitetinin məzunudur, daha sonra təhsilini Türkiyənin Ege Universitetində davam etdirib.

İcbari tibbi sığorta sisteminin həyata keçiriləcəyi ərazilərdə - Mingəçevir və Yevlaxdakı dövlət tibb müəssisələrinə təyin edilən direktorlar inzibati, təsərrüfat və maliyyə işlərinə nəzarət edəcəklər.



Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti