İdmançılarımız Ermənistana getməkdən imtina etdi

İdmançılarımız Ermənistana getməkdən imtina etdi
  30 Yanvar 2015    Oxunub:2903
Azərbaycanın şahmat üzrə kişilərdən ibarət yığma komandası dünya çempionatında iştirak etməkdən imtina edib.

Aprelin 18-dən 29-dək Ermənistanın Tsaxkadzor şəhərində şahmat üzrə komanda çempionatı keçiriləcək.

AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycanın kişilərdən ibarət yığması bu turnirdə iştirakdan imtina edib.

Dünya çempionatında 10 güclü komanda iştirak edir. Azərbaycan şahmatçıları 2013-cü ilin Avropa çempionatında qazandıqları qələbə sayəsində iştirak hüququ qazanıblar.

Daha əvvəl Azərbaycan yığması dörd dəfə dünya komanda çempionatında iştirak edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti