İdarəetməni itirən sürücü öldü - Video

İdarəetməni itirən sürücü öldü - Video
  28 İyul 2016    Oxunub:2465
Ağdaşda sürücünün dünyasını dəyişməsi ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
AzVision.az EL TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə Ağdaş-Ərəbocağı avtomobil yolunun 11-ci kilometrliyində qeydə alınıb.

Rayon sakini, 1982-сi il təvəllüdlü Ramin İsgəndərov minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb. O, hadisə nəticəsində aldığı ağır bədən xəsarətləri səbəbindən dünyasını dəyişib.

İlkin ehtimala görə hadisəyə səbəb kimi avtomobilin yüksək sürətlə idarə olunması göstərilir.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsində araşdırma aparılır.



AzVision.az


Teqlər:





Xəbər lenti