İcra hakimiyyətinə pul ayrıldı - 4 milyon

İcra hakimiyyətinə pul ayrıldı - 4 milyon
  19 Dekabr 2014    Oxunub:1415
Azərbaycan prezidenti İlham Əliyev Xaçmaz rayonunun Qusarçay-Pirquluoba-Yeni Həyat avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, sərəncama əsasən səkkiz min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Qusarçay-Pirquluoba-Yeni Həyat avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Xaçmaz Rayon İcra Hakimiyyətinə 4,0 (dörd) milyon manat ayrılıb.




Teqlər:





Xəbər lenti