İcra başçısının fəaliyyəti yoxlanılacaq

İcra başçısının fəaliyyəti yoxlanılacaq
  16 Sentyabr 2014    Oxunub:2487
Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib.
Palatadan AzVision.az-a verilən məlumata görə, ötən gün keçirilən kollegiya iclasında dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən və dövlət əsaslı vəsait qoyuluşundan Göygol rayon İcra Hakimiyyətinə, dövlət büdcəsinin yerli xərclərindən Sumqayıt şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə və Sumqayıt şəhər Təhsil şöbəsinə, həmçinin dövlət büdcəsinin yerli xərclərindən Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinə ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların istifadəsinə dair audit tədbirlərinin nəticələri barədə Hesabat və Rəylər geniş müzakirə olunaraq müvafiq qərar qəbul edilib.

Müvafiq zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya Qərarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb.

AzVision.az


Teqlər:





Xəbər lenti