İcra başçısından oğlunun saxlanılması haqda Açıqlama

İcra başçısından oğlunun saxlanılması haqda Açıqlama
  05 Avqust 2015    Oxunub:2491
Bu gün bir sıra Kütləvi İnformasiya Vasitəsində Zərdabın icra başçısı Lütfəli Babayevin oğlunun Mingəçevirdə dövlət yol polis əməkdaşları tərəfindən saxlanıldığı haqda xəbərlər yayılıb. Həmin məlumatlara görə, icra başçısı 15 sutka inzibati cəza verilən övladını azad etmək üçün külli-miqdarda pul ödəyib.

Lütfəli Babayev məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verib. İcra başçısı bütün bu xəbərləri cəfəngiyat adlandırıb: “Yayılan məlumatların heç bir əsası yoxdur. Bu xəbərlər heç bir həqiqətə söykənməyib. Sadəcə ənənəvi xəbərlərin davamıdır...”

Xəbərdə Lütfəli Babayevin qardaşı oğlu Yadigar Babayevin də bir müddət əvvəl eyni səbəblə saxlanıldığı qeyd olunub. Bu iddialara isə icra başçısı belə cavab verib:

“Qardaşım oğlu hərbi xidmətdən qayıdandan sonra Rusiyada yaşayır və işləyir. O, uzun müddətdir qohumların yanına köçüb. Azərbaycanda maşın idarə etməyib”.


Teqlər:





Xəbər lenti