İcra başçılarının müavinlərinin sayı azaldıldı

İcra başçılarının müavinlərinin sayı azaldıldı
  01 Aprel 2015    Oxunub:4232
İcra başçılarının aqrar məsələlər üzrə müavini və aqrar şöbə ləğv olunub.
Azərbaycanda rayon icra hakimiyyətlərində daha bir struktur islahatı həyata keçirilib. AzVision.az lent.az-a istinadən xəbər verir ki, aprelin 1-dən etibarən rayon icra hakimiyyətləri başçılarının aqrar məsələlər üzrə müavini ştatı ləğv edilib. Buna səbəb isə rayonlarda kənd təsərrüfatı idarələrinin yaradılmasıdır. İcra başçılarının aqrar məsələlər üzrə müavinləri çalışdıqları rayonlarda kənd təsərrüfatı və torpaqla bağlı məsələləri koordinasiya edirdi.

Məsələ ilə bağlı münasibətini öyrəndiyimiz icra hakimiyyətləri faktı təsdiq edib.

O da bildirilib ki, İH-nin aqrar məsələlər şöbəsi də ləğv edilib. Həmin şöbədə çalışan əməkdaşlar İH-nin iqtisadiyyat şöbəsində işlə təmin olunacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti