İcbari tibbi sığortadan nə xəbər? - Zaur Əliyev açıqladı

İcbari tibbi sığortadan nə xəbər? - Zaur Əliyev açıqladı
  24 Yanvar 2017    Oxunub:3731
Ölkə üzrə icbari tibbi sığortanın tətbiqi Yevlax və Mingəçevirdə pilot layihənin icrasından asılı olacaq.
AzVision.az-ın xəbərinə görə, bunu Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) saytına müsahibəsində deyib. Onun sözlərinə görə, əgər bir il ərzində pilot layihənin icrası zamanı problemlər ortaya çıxmasa, onda 2018-ci ilin əvvəlindən ölkə üzrə icbari tibb sığortanın mərhələli şəkildə tətbiqinə başlanacaq: “Amma hansısa dəyişikliklərə ehtiyac olacaqsa, bu məsələ müəyyən qədər vaxt apara bilər. Bu halda belə biz 2018-ci ilin əvvəlindən ölkənin bir çox ərazisində icbari tibbi sığortanı tətbiq etməyi düşünürük”.

Zaur Əliyev bidirib ki, icbari tibbi sığorta sistemində tibb müəssisələri çarpayı sayına görə deyil, xidmət sayına görə maliyyələşdirilir. Belə ki, Agentlik tibb müəssisələrinə vətəndaşlara göstərilən xidmətlərə əsasən ödəniş edəcək və bu faktor səhiyyə sahəsi üçün yeni maliyyə imkanları yaradır:

“Daha çox sayda xəstəyə xidmət göstərən tibb müəssisəsinə edilən ödənişlərin məbləği də yüksək olacaq. Eyni zamanda, Agentlik tibbi xidmətin alıcısı olduğundan tibb təchizatçıları qarşısında tələblər qoyacaq. Bəlli olduğu kimi, tibb müəssisələri bu günə qədər dövlət büdcəsindən maliyyələşirdi. Amma icbari tibbi sığorta tətbiq edilən pilot ərazilərdəki xəstəxanalar publik hüquqi şəxsə çevrildilər. Fevraldan başlayaraq, pilot ərazilərdəki tibb müəssisələrinin maliyyələşmə prinsipi dəyişəcək. Yəni xəstəxana göstərdiyi xidmətin sayına müvafiq vəsait qazanacaq. Amma xəstəxanaların işi ilə bağlı kadr potensialının güclənməsinə ehtiyac var. Çünki əhalinin keyfiyyətli tibbi xidmətlə təmin olunmasında bu məsələnin çox böyük rolu var”.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti