İcazəsiz xaricə gedən rəis müavini işdən çıxarıldı

İcazəsiz xaricə gedən rəis müavini işdən çıxarıldı
  30 Yanvar 2015    Oxunub:2856
Bakıda rəis müavini işdən çıxarılıb.
AzVision.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından "Report"a daxil olan məlumata görə, Xətai Rayon Polis İdarəsinin (RPİ) 36-cı Polis Bölməsinin (PB) rəsi müavini polis mayoru Bəhruz Əliyev vəzifəsindən uzaqlaşdırılıb.

Belə ki, B.Əliyev bölmənin rəisi Vidadi Qurbanov məzuniyyətdə olduğu müddətdə xidmət yerini özbaşına tərk edərək xarici ölkələrdən birinə istirahətə yollanıb. Daxili İşlər Nazirliyi (DİN) və Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəhbərliyi məsələdən xəbərdar olan kimi V.Qurbanov vəzifəsindən çıxarılıb.

Artıq 36-cı bölməyə yeni rəis müavini də təyin edilib. Belə ki, buna qədər 31-ci PB-də eyni vəzifədə çalışan Anar Həbibzadə, 36-cı PB-nin rəis müavini vəzifəsinə təyinat alıb.
DİN-in mətbuat xidməti 36-cı B.Əliyevin sərəncama göndərildiyini təsdiqləyib.


Teqlər:





Xəbər lenti