İcarəyə götürdüyü fermada narkotik becərdi - VİDEO

İcarəyə götürdüyü fermada narkotik becərdi - VİDEO
  27 İyul 2016    Oxunub:2771
Ağsunun Ülgüclü kənd sakini, 1960-cı il təvəllüdlü Təvəkkül Mayıl oğlu Məmmədov rayon polis şöbəsinin əməliyyatçıları tərəfindən keçirilən tədbirlər nəticəsində saxlanılıb.
Onun Ağsu çayının sağ sahilində, Zərqava kəndi ərazisində icarəyə götürdüyü fermada qanunsuz olaraq əkib-becərdiyi 64 ədəd çətənə kolu aşkarlanaraq götürülüb. Əvvələr 1 dəfə məhkumluq həyatı yaşayan Təvəkkül Məmmədov narkotik tərkibli bitkiləri özünün istifadəsi məqsədi ilə əkdiyini bildirib.

Saxlanılan Təvəkkül Məmmədov çətənə kollarını öz istifadəsi üçün əkdiyini və bu əməlindən peşman olduğunu bildirib. “Məmmədov Təvəkkül Mayıl oğlu törətmiş olduğu əməli səmimi olaraq etiraf edib və əməlindən peşman olduğunu bildirib.

Hazırda faktla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsiylə cinayət işi açılıb və istintaq tədbirləri aparılır” - deyə müstəntiq Niçat Əhmədzadə bildirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı Təvəkkül Məmmədovun qanunsuz olaraq saxladığı 1 ədəd ov tüfəngi də müsadirə olunaraq götürülüb. (Region TV)



AzVision.az


Teqlər:





Xəbər lenti