İbadoğlunun fraksiyası Hacılını narahat etmir?

İbadoğlunun fraksiyası Hacılını narahat etmir?
  31 Oktyabr 2014    Oxunub:867
Müsavatın başqan müavini Gülağa Aslanlı Qubad İbadoğlu və Tural Abbaslının partiyada yeni fraksiya yaradacağı haqda fikirlərə münasibət bildirib. O, AzVision.az-a açıqlamasında bildirib ki, partiya hər kəsin fikrinə hörmətlə yanaşır:

“Müsavat Partiyası hər kəsin fikrinə hörmətlə yanaşır. Eləcə də fraksiya yaradılması fikrinə. Fraksiya yaradılmayıb, hələ düşüncədir, təklifdir. Hər bir insan kimlərlərsə müzakirələr edib, fikir mübadiləsi apara bilər, ola bilər ki, sonda o qərara gəlməsinlər”.

Qeyd edək ki, Müsavat başqanlığına keçmiş namizədlər Qubad İbadoğlu və Tural Abbaslının partiyada fraksiya yaradacağı bildirilir. Fraksiyanın yaradılmasında məqsəd partiyanın idarə olunmasında yaxından iştirak etməkdir.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti