İTV-də yeni təyinatlar olub

İTV-də yeni təyinatlar olub
  30 Avqust 2016    Oxunub:1991
İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının növbəti iclası keçirilib.

Şirkətin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, “Çarçıfilm” yaradıcılıq birliyinin direktoru Hikmət Yaqubov və “Səhər” proqramları departamentinin direktoru Elnur Kələntərli başqa işə keçmələri ilə əlaqədar vəzifələrindən azad olunublar.

Yayım Şurasının iclasında informasiya departamentinin direktoru vəzifəsinə Telman Nəzərli, “Carçıfilm” yaradıcılıq birliyinin direktoru vəzifəsinə Rauf Rəcəbov və “Səhər” proqramları departamentinin direktoru vəzifəsinə Rəşad Mehdilinin təyinatı təsdiqlənib.


Teqlər:





Xəbər lenti