İŞİD yapon girovun başını kəsdi

İŞİD yapon girovun başını kəsdi
  01 Fevral 2015    Oxunub:2496
İŞİD terror təşkilatı ikinci yapon girovu Kendzi Qotonu da qətlə yetirib.
Girovun başının kəsilməsi ilə bağlı video İŞİD-çilər tərəfindən sosial şəbəkədə yerləşdirilib.

Bu barədə qruplaşma üzvlərinin internetdəki fəallığının monitorinqini aparan SİTE təşkilatı məlumat yayıb.

Xatırladaq ki, ötən həftə İŞİD-çilər buraxılması üçün 200 milyon dollar tələb elədikləri başqa bir yapon girovu edam eləmişdilər. Az sonra onlar şərti dəyişdilər və ikinci yaponun buraxılması üçün Yaponiya hökumətinə İordaniya ilə anlaşıb, ordakı türmədə saxlanılan terrorçu qadın Sacida ər-Rişavinin azad edilməsini istəmişdilər.


Teqlər:





Xəbər lenti