İŞİD rus dilli müsəlmanları `tələ`yə salır

İŞİD rus dilli müsəlmanları `tələ`yə salır
  29 May 2015    Oxunub:1261
İŞİD rus dilində “Əl-Həyat” adlı dərgi buraxıb.
Azvision.az Türkiyə mətbuatına əsasən xəbər verir ki, İraq Şam İslam Dövləti (İŞİD) bir çox dillərdə təbliğat apardığı kimi artıq rus dilində də bu işə başlayıb.

İŞİD-ə məxsus “Əl-Həyat” dərgisinin təbliğat aparmaqda məqsədi Rusiyada yaşayan müsəlmanları sözgüdən terror təşkilatına cəlb etməkdir.

İlk dəfə bu faktın üstünü “SITE Intelligence Group” adlı internetdə cihadçı çağırışları izləyən mərkəz açıb. “Əl-Həyat” dərgisinin əsas məqsədi müxtəlif dillərdə danışan müsəlmanları İŞİD-ə qoşulmağa dəvət etməkdir.

Xatırladaq ki, Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov bu yaxınlarda verdiyi açıqlamada bildirib ki, İŞİD Rusiyanın baş bəlasıdır, çünki bu terror təşkilatı rus vətəndaşlarını öz terror əməllərinə cəlb edir. Digər tərəfdən də Rusiya rəsmiləri bildiriblər, Şimali Qafqazda bəzi militan liderləri İŞİD-ə bağlılıqlarını etiraf ediblər.

Fərrux


Teqlər:  





Xəbər lenti