İŞİD günə 3 milyon dollar qazanır

İŞİD günə 3 milyon dollar qazanır
  28 Avqust 2014    Oxunub:5479
İraq və Şam İslam Dövləti yaraqlıları neftin “qara bazar”da satışından gündə 3 milyon dollar qazanır.
AzVision.az-ın məlumatına görə, bu barədə “Əl-Ərəbiyə”telekanalı xəbər verir.

Son aylar ərzində İŞİD yaraqlıları Suriya və İraq ərazisində bir neçə neft yataqları ələ keçirib. Analitiklər hesab edirlər ki, İŞİD nüyaəndələri xam nefti “qara bazar”da öz qiymətindən iki dəfə aşağı satırlar.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti