İŞİD İsraili raket atəşinə tutdu

İŞİD İsraili raket atəşinə tutdu
  04 İyul 2015    Oxunub:3257
İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatı İsrail ərazisini raket atəşinə tutulmasına görə məsuliyyəti öz üzərinə götürüb.
Bu barədə AzVision.az “Əl-Ərəbiyə” telekanalına istinadən xəbər verir.

Daha əvvəl İsrail ordusunun mətbuat xidmətinin əməkdaşı açıqlamasında bildirmişdi ki, naməlum şəxsləri Misirin Sinay yarımadasından ölkə ərazisinə iki raket atıblar. Onun sözlərinə görə, raketlər heç kimə xəsarət yetirməyib.

Misir rəsmiləri isə Sinay yarımadasımndan İsrailə raketlərin buraxılması barədə xəbərləri təkzib edib.

Son günlər Misirin Sinay yarımadasında vəziyyət gərginləşib. Belə ki, hazırda Misir ordusu yarımadada İŞİD yaraqlılarına qarşı anti-terror əməliyyatları keçirir.

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.
İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:





Xəbər lenti