İŞİD Ermənistan parlamentini partlatmaq istədi

İŞİD Ermənistan parlamentini partlatmaq istədi
  25 Noyabr 2015    Oxunub:6852
Noyabr ayının 25-də İrəvanın Nork Maraş inzibati bölgəsinin 9-cu küçəsində yerləşən evlərdən birində terror fəaliyyətinə tam hazır olan, partladıcı maddə və xüsusi paltarla təchiz olunmuş vəziyyətdə 3 qız, 7 oğlan olmaqla - on nəfərə qədər silahlı dəstə aşkar olunaraq zərərsizləşdirilib.

AzVision.az xəbər verir ki, Ermənistan mətbuatında və sosial şəbəkələrdə yayılan xəbərə görə, qrup üzvləri diaspor erməniləridir və əksəriyyəti xarici ölkə vətəndaşlarıdır. Onların Suriyadan gəldiyi, İŞİD terror qruplaşmasının üzvləri olduğu bilidirilir. Belə ki, Ermənistan höküməti himayədarının təkidi ilə Suriyada yaşayan diaspor erməniləri vasitəsi ilə fəaliyyətə qoşulması və həmçinin qondarma Dağlıq Qarabağın rəhbəri Bako Saakyanın Qarabağ ərazisindən Suriyanın vurulması üçün istifadə edilməsinin mümkünlüyü barədə bəyanatından sonra Ermənistan İŞİD-in bir nömrəli hədəfinə gəlib.

Yayılan xəbərə görə, Ermənistanda terror qruplarının yaradılması işi Suriya erməniləri Leon Bedros Kehyayan, Mher Qevorq Keşişyan və Armina Diran Akipyan tərəfindən aparılıb. Bundan başqa, bu gün həbs olunan Ermənistan Respublikası vətəndaşı, keçmiş İrəvan sakini Artur Vardanyan müxtəlif vaxtlarda Ermənistana səfər edərək, cinayətkar dəstəyə rəhbərlik edib.

Hazırda Suriyada Ermənistana qarşı terror qrupları hazırlayan dəstədən bir neçəsinin adı da məlum olub. Onlar Aqap Farazi Aroyan, Sorn Karkuri Artinyan, Ara Leiuni Kazancyan, Mari Hranti Bicyan, Laia Andraniki Kilecyan, Ani Mikayeli Demircyan, Tamar Manveli Tufenqcyan, Maquy Sarkisi Boladyan, Qevorq Hakopi Tutuncyandır. Dəstənin digər üzvlərinin adı məlum deyil.

Ermənistan mətbuatının gündəmində son aylar parlament üzvləri ilə medianın görüşməsi üçün xüsusi icazənin alınması, baş nazirin parlamentə girərkən mətbuata açıqlama verməkdən yayınaraq mühafizənin müşayətində olması və son olaraq dünən, noyabr ayının 24-ü parlament binasının silahlı mühafizəsində xüsusi gücləndirmənin olması məhz hədəfin parlament olması ehtimalını yaradıb. Terror qruplaşmasının Ermənistanın bir çox bölgəsində terror hadisəsi planlaşdırdığı ehtimal olunur.

Ermənistan Respublikası Milli Təhlükəsizlik xidmətinin yaydığı xəbərə görə, terror qrupunun məqsədi Ermənistan ərazisində bir sıra cinayətlər təşkil etmək olub. Digər ərazilərdə terrorun baş verməməsi üçün işlər aparıldığı bildirilir.

Gültəkin ƏLƏSGƏR


Teqlər:  





Xəbər lenti