İŞİD Ankara və Adananı da partlatmaq istəyib

İŞİD Ankara və Adananı da partlatmaq istəyib
  30 İyun 2016    Oxunub:2167
Suriya sərhədini qanunsuz yolla keçərək Türkiyədə partlayış törətmək istəyən iki terrorçu-kamikadze zərərsizləşdirilib.
AzVision.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, terrorçular biri Ankara və Adanada "canlı bomba" aksiyası hazırlayırmış.

Zərəsizləşdirilən terrorçuların suriyalı olduğu və İŞİD üzvü kimi fəaliyyət göstərdikləri müəyyən edilib. Onların İŞİD-in əsas adamlarından hesab edilən "Ebu Ali" ləqəbli Mustafa Dəmir ilə əlaqədə olduğu məlum olub. Terrorçulardan digəri isə Məhəmməd Ərəb adlı şəxsdir. O, Ankara və Adanada terror törətməyi planlaşdırırmış.

Məhəmməd Ərəbin üzərində 2016-cı il iyunun 21-də Suriya paytaxtı Dəməşqdən ölkənin Kamışlı şəhərinə təyyarə ilə gəldiyini təsdiqləyən bilet aşkar edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti