İŞİD 20 türkü əsir götürdü

İŞİD 20 türkü əsir götürdü
  01 Oktyabr 2014    Oxunub:2823
İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının yaraqlıları Suriyanın Hələb şəhərində 20 türk hərbçisinin girov götürüb.

Bu barədə AzVision.az “Reuters”ə istinadən xəbər verir.

Məlumata əsasən Türkiyə hərbçiləri Osmanlı imperiyasının şahı Süleymanın məqbərəsini qoruyurmuşlar.

Qeyd edək ki, daha əvvəl Türkiyənin baş nazirinin müavini Bülent Arınç mümkün İŞİD hücumlarından qorunmaq üçün bölgəyə əlavə güclərinin göndərilməsini istəmişdi. O, həmçinin bəyan edib ki, Türkiyə parlamenti hökumətin Suriya və İraq ərazisində hərbi gücdən istifadə etmək barədə təklifini nəzərdən keçirir.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti