Futbol HARAM-dır: 13 nəfər edam edildi

Futbol HARAM-dır: 13 nəfər edam edildi
  20 Yanvar 2015    Oxunub:3215
İraq və Şam İslam Dövləti (İŞİD) yaraqlıları Mosul şəhərində Asiya kuboku çərçivəsində İraq-İordaniya (1-0) oyununa baxdıqları üçün 13 gənci edam edib.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Təşkilatın ideoloqları idman oyunlarına baxmağın cinayət olduğunu və buna görə həmin şəxslərin edam olunduğunu bildiriblər. Terrorçular 13 gənci dini qaydaları pozmaqda ittiham edərək onlara pulemyotdan atəş açıblar.

2015-ci il futbol üzrə Asiya Kuboku Avstraliyada keçirilir. Turnir 9 -31 yanvar tarixlərində keçirilir. Titulun hazırkı sahibi Yaponiya millisidir.

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti