İŞİD 100 nəfəri edam etdi

İŞİD 100 nəfəri edam etdi
  21 Dekabr 2014    Oxunub:1701
İŞİD terror qruplaşması silahlıları tərkibində vuruşan 100 xarici vətəndaşı edam edib.

AzVision.az APA-ya istinadən xəbər verir ki, əcnəbilər qruplaşmanı tərk etmək niyyətində olduqlarına görə qətlə yetiriliblər. Məlumata görə, əcnəbi silahlıların “hərbi xidmətinə” nəzarəti qruplaşmanın mənzil-qərargahı yerləşdiyi Rakka şəhərində (Suriya) yaradılan hərbi polis həyata keçirirmiş.

Financial Times nəşrinin görə, İŞİD hərbi polis əməkdaşlarının “hərbi xidmətdən” yayınan onlarla əcnəbi silahlılara qarşı keçirdiyi reydlər zamanı qruplaşmanın tərkibində vuruşan bir çox xarici vətəndaş saxlanılıb. Edam olunan şəxslərin milliyyəti barədə məlumat verilmir.


Teqlər:





Xəbər lenti