İŞİD-in 7 komandiri öldürüldü

İŞİD-in 7 komandiri öldürüldü
  31 May 2016    Oxunub:1647
İraq Hərbi Hava Qüvvələrinin (HHQ) aviazərbələri nəticəsində İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının 7 komandiri məhv edilib.
Bu barədə AzVision.az `BBC`-yə istinadən xəbər verir.

Məlumata əsasən terrorçular Suriyanın qərbində Ənbar vilayətində zərərsizləşdirilib. Məhv edilən terrorçular arasında İŞİD lideri Abu Bakr əl-Bağdadinin yaxın köməkçisi, İraq və Suriyada fəaliyyət göstərən böyük qruplaşmaların rəhbərləri də var.
Xatırladaq ki, 2014-cü ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Elə həmin il iyunun ayının sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan edib. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti