İŞİD-in 60 düşməni - Siyahıda Ukrayna da var

İŞİD-in 60 düşməni - Siyahıda Ukrayna da var
  26 Noyabr 2015    Oxunub:3983
"İraq-Şam İslam Dövləti" terror qruplaşması (İŞİD) 60 düşmən ölkə arasında Ukraynanın da adının qeyd olunduğu video yayımlayıb.

"Report" xəbər verir ki, bu barədə "Gazeta Wyborcza" nəşri yazıb.

Terrorçular Suriyadakı münaqişəyə adiyyəti olmayan Ukrayna, Polşa, Litva, Moldova və digər dövlətləri beynəlxalq anti-terror koalisiyası ölkələri tərkibinə daxil edib.

Nəşr qeyd edir ki, "YouTube" və "Vimeo"ya yerləşdirilən videolar artıq silinib. Videoda guya Suriyada İŞİD-ə qarşı döyüşən 60 ölkənin siyahısı təqdim olunub. Onların arasında Ukrayna bayrağı da olub.


Teqlər:  





Xəbər lenti