İŞİD-i ələ salanlara pul verilir - FOTOLAR

İŞİD-i ələ salanlara pul verilir - FOTOLAR
  27 May 2015    Oxunub:3110
İran İslam Respublikası İŞİD terror təşkilatının əsl üzünü ortaya çıxarmaq məqsədilə karikatura yarışması keçirir.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yarışmanın qaliblərini müxtəlif mükafatlar gözləyir.

İran Karikatura Evinin təşkilatçılığı ilə keçirilən yarışmaya 43 ölkədən 800-ə yaxın karikatura göndərilib. Bunlar arasından 280 karikaturanı seçən münsiflər heyəti qalibin adını mayın sonu elan edəcək.

Yarışmanın təşkilatçılarından olan Məsud Şojayi Tabatabyi bildirib ki, bu yarış İŞİD-in əsl üzünü göstərəcək:

“Bu təşkilat özünü İslamla əlaqələndirir, amma onların İslamın nə olduğundan heç xəbəri də yoxdur”.

Yarış iştirakçılarına İŞİD ldieri Əbu Bəkir əl-Bağdadi, Qətər kral ailəsindən olan Şeyx Həmid ibn Xəlifə əl-Tani, İsrailin baş naziri Benyamin Netanyahu, İngiltərənin baş naziri Devid Kemeron, Fransa prezidenti Fransua Olland və ABŞ prezidenti Barak Obama kimi şəxslərin görüntülərini çəkmək tövsiyə olunur.

Yarışmanın qalibini 1500 dollar pul mükafatı gözləyir.

Qeyd edək ki, yarışma üçün göndərilən karikaturalar İraq, Suriya və Livanda sərgidə nümayiş etdiriləcək.

Fatimə Kərimli

Qalereya




Teqlər:  





Xəbər lenti