İŞİD-ə qoşulmaq istəyən 2 məktəbli tutuldu

İŞİD-ə qoşulmaq istəyən 2 məktəbli tutuldu
  01 Sentyabr 2015    Oxunub:2033
Avstraliyada İŞİD-ə qoşulmaq istəyən 15 və 16 yaşlarında iki məktəbli qız saxlanılıb.
AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, məktəblilər 21 sentyabrda Qraz şəhərində məhkəməyə çıxarılacaqlar.

Terror qruplaşmasına qatılmaq istəyən digər 3 qızdan isə heç bir xəbər yoxdur.

İtmiş 3 məktəblinin Türkiyə vasitəsilə Suriyaya keçdiyi və İŞİD-a qoşulduğu təxmin edilir.

Şübhəlilərdən 21 yaşındakı Rusiya vətəndaşı İndira Tambieva və 20 yaşında Türkiyə vətəndaşı Nuriyə Yaman İnterpol vasitəsilə axtarışa verilib.

Qızların internet vasitəsilə tanış olduqları və 19 yaşındakı Çeçen əsilli bir kişi ilə evlənmək istədikləri məlum olub. Onlar birlikdə döyüşmək üçün Suriyaya getməyi planlaşdırıblar.

Daha əvvəl də Avstraliyada 200-dən çox azyaşlı Suriyaya gedərək İŞİD-ə qoşulub.

Gültəkin Ələsgər


Teqlər:





Xəbər lenti