İŞİD-ə ağır zərbə vuruldu

İŞİD-ə ağır zərbə vuruldu
  20 Dekabr 2014    Oxunub:1818
Beynəlxalq koalisiya qüvvələri 40 İŞİD döyüşçüsünü öldürüb.
İraqın Mosul şəhəri yaxınlığını hədəf alan koalisiya qüvvələri terror təşkilatının mövqelərinə avia zərbələr endiriblər.

İraq hakimiyyətinin məlumatına görə, zərbələr əsasən dağlıq ərazilərə yönəlib. Qırıcılar kürd silahlı birləşmələrinə qarşı hücuma hazırlaşan İŞİD döyüşçülərini hədəf alıb.

Qeyd edək ki, bir neçə ay öncə İŞİD terror təşkilatı İraqın qərbində və şimalında əhəmiyyətli əraziləri tutublar. Terrorçular həmçinin Suriyanın da bir hissəsini ələ keçiriblər. Beynəlxalq koalisiya qüvvələri terrorçuların mövqelərinə avia zərbələr endirməklə İŞİD-in qərargahlarını məhv etmək istəyir.

AzVision.az


Teqlər:  





Xəbər lenti