İŞİD Mosulda 284 nəfəri edam edib

İŞİD Mosulda 284 nəfəri edam edib
  22 Oktyabr 2016    Oxunub:1850
İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının yaraqlıları Mosulda 284 nəfəri edam edib.
AzVision.az-ın məlumatına görə, bu barədə CNN telekanalı İraq təhlükəsizlik xidmətlərində olan mənbəyə istinadən xəbər verib.

Məlumata öldürülənlərin əksəriyyətinin kişi olduğu bildirilir. Silahlılar girovları güllələyərək qətlə yetirib, meyitləri buldozerlə ümumi məzara atıblar.

Xatırladaq ki, oktyabrın 17-də Mosulun terrorçulardan azad edilməsi uğrunda əməliyyat başlayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti