Hüseyn Cavidin ailəsində itki

Hüseyn Cavidin ailəsində itki
  28 Avqust 2014    Oxunub:2382
Azərbaycanın böyük şair-dramaturqu Hüseyn Cavidin böyük qardaşı Şeyx Məhəmmədin nəvəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Əbülfəz Naxçıvanlı dünyasını dəyişib.
Əbülfəz Naxçıvanlı 1948-ci ildə Naxçıvanda anadan olub. 1972-ci ildə BDU-nun filologiya fakültəsini bitirib. 1992-ci ildən “Maarif” nəşriyyatının redaktoru olub.

1965-ci ildən mətbuatda müntəzəm çıxış edən Əbülfəz Naxçıvanlı 400-dən çox publisistik məqalənin, şeirlər və poemalardan ibarət 11 kitabın, eləcə də 2 monoqrafiyanın müəllifidir.

Əbülfəz Naxçıvanlı Hüseyn Cavidin böyük qardaşı Şeyx Məhəmmədin nəvəsi, Hüseyn Cavidin Ev Muzeyinin əməkdaşı idi.


Teqlər:  





Xəbər lenti