Hüquq sahəsində çalışanlara “Tərəqqi” medalı veriləcək

Hüquq sahəsində çalışanlara “Tərəqqi” medalı veriləcək
  06 Oktyabr 2015    Oxunub:2174
Azərbaycanda hüquq sahəsində fəaliyyəti olan şəxslərə “Tərəqqi” medalı veriləcək.
AzVision.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının “Tərəqqi” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında” qanuna dəyişiklik edilib.

Xatırladaq ki, hazırda “Tərəqqi” medalı Azərbaycan vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə sənaye və kənd təsərrüfatı sahəsində qazandıqları uğurlara, böyük əhəmiyyətli ixtiralara və səmərələşdirici təkliflərin verilməsinə, elm, mədəniyyət, ədəbiyyat, incəsənət, səhiyyə sahəsində xidmətlərə, xalq təsərrüfatı obyektlərinin inşasında, yenidən qurulmasında görkəmli xidmətlərinə, bədən tərbiyəsi və idmanın inkişafında səmərəli fəaliyyətinə görə verilir.

Dəyişiklik səsverməyə çıxarılaraq qəbul edilib.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti