Hollandiyada ermənilər azərbaycanlı fəala qarşı: “Mənəvi dəstək istəyirəm”

Hollandiyada ermənilər azərbaycanlı fəala qarşı: “Mənəvi dəstək istəyirəm”
  28 Sentyabr 2016    Oxunub:15435
Hollandiyada yaşayan ermənilər Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkını məhkəməyə veriblər.

Bu barədə AzVision.az-a İlhan Aşkının özü məlumat verib. O, bildirib ki, 2014-cü ildə Hollandiyadakı qondarma “erməni soyqrımı” adibidələrinə qarşı keçirilən etiraz aksiyasında “Qarabağ ermənilərə məzar olacaq” ifadəsini işlətdiyinə görə məhkəməyə verilib.

- 2014-cü ildə ermənilər Hollandiyada sözdə “erməni soyqrımı”nın xatirəsinə 24-də yaxın abidə tikdilər. Azərbaycan və Türkiyə təşkilatları olaraq biz öz etiraz səsimizi ucaltdıq,- deyə İlhan Aşkın bildirib.- Təşkil etdiyimiz etiraz aksiyasında hər kəs kimi mən də çıxş etdim. Bildirdim ki, ermənilər özlərinin həyata keçirdikləri qətliamları hər zaman türk millətinin üzərinə atıblar. 1992-ci ildə ermənilərin Azərbaycanda törətkdikləri dəhşətli hadisələrdən, bir milyondan artıq insanımızın qaçıqın düşməsindən, minlələ vətəndaşımızın vəhşicəsinə qətlə yetirilməsindən söhbət açdım. Qeyd etdim ki, ermənilər bu əməllərini ört-basdır edərək saxta “soyqrımı” iddiaları ilə çıxış edirlər. Sonda isə bildirdim ki, ermənilər işğal etdikləri Azərbaycan torpaqlarını tərk etməsələr, döyüş qaçılmazdır. Nəticədə həmin torpaqlar ermənilərə məzar olacaq. Bundan sonra erməni kəşfiyyatı hollandiyalı dostları ilə birgə iki il mənim bu sözlərimi sənədləşdirmək üçün araşdırma aparıblar. Nəhayət, iki ildən sonra, onlar məni cəzalandırmaq istəyirlər. Halbuki, bu illər ərzində məndən başqa həmin aksiyada iştirak edənlərdən heç birinin barəsində belə cəza tədbirləri görülməyib.

İlhan Aşkın deyir ki, onu oktyabrın 4-də polislərin nəzarəti altında prokurorluğa dəvət ediblər. Orada ifadə verməliyəm: “Biz də öz növbəmizdə cəmiyyyət olaraq müəyyən hazırlıqlar görürük. Öz gücümüz hesabına vəkil tutmuşuq. Bu, əslində milli məsələdir. “Qarabağ erməniyə məzar olacaq” sözlərimizin məqsədini məhkəmə zamanı onlara izah edəcəyik. Biz türk milləti olaraq heç vaxt insanların ölməsinin tərəfdarı olmamışıq. Prezidentimizin dediyi kimi, ermənilər ölmək istəmirlərsə, torpaqlarımızdan çıxmalıdırlar”.

Sonda isə İlhan Aşkın mənəvi dəstək gözlədiklərini bildirib: “Mənəvi dəstəkdən başqa heç kəsdən bir istəyimiz yoxdur. Ermənilər tək İlhan Aşkını məhkəməyə verməyiblər. Mən Qarabağ həqiqətlərini, Xocalıdakı qətlimı dilə gətirdiyim üçün məhkəməlik olmuşam. Bu il hörmətli Prezidentimiz tərəfindən Azərbaycanda “Tərəqqi” medalına layiq görüldüm. Hollandiyada da bu il Kraliyyət medalına layiq görüləcəkdim. Məhz ermənilərin saxta məhkəmə iddialarına görə təltif olunmadım”.

Hafiz Əhmədov
AzVision.az


Teqlər:





Xəbər lenti