Hollandiya İŞİD-ə qarşı vuruşacaq

Hollandiya İŞİD-ə qarşı vuruşacaq
  18 Sentyabr 2014    Oxunub:1537
Hollandiya İraq və Şam İslam Dövləti (İŞİD) yaraqlılarına qarşı mübarizə aparan kürdlərə yardım məqsədilə “F-16” tipli qırıcı təyyarələri və silah-sursat göndərməyə hazırdır.
Bu barədə AzVision.az “Reuters”ə istinadən xəbər verir.

Yerli KİV hakimiyyətdə olan mənbələr istinadən xəbər verir ki, Hollandiya Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr İraq və Suriyada İŞİD-ə qarşı hərbi əməliyyatlarda iştirak edəcək. Məlumata əsasən, Hollandiyanın İŞİD-ə qarşı anti-terror əməliyyatlarında iştirakı, həmçinin kürdlərə silah-sursat çatdırılması barədə qərar Nazirlər Kabinetinin cümə günü keçiriləcək iclasında müzakirə ediləcək.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti