Hökumət deputatlara 28 noyabrda cavab verəcək

Hökumət deputatlara 28 noyabrda cavab verəcək
  20 Noyabr 2014    Oxunub:1784
Azərbaycan Milli Məclisində 2015-cü ilin büdcə zərfinə daxil olan məsələlərin 3 günlük müzakirəsi başa çatıb. AzVision.az xəbər verir ki, müzakirələrin nəticəsi olaraq büdcə zərfinin müzakirəsi zamanı səslənən təkliflər baxılması üçün hökumətə göndərilib.

Büdcə zərfinə “Azərbaycan Respublikasının 2015-cü il dövlət büdcəsi haqqında”, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-cü il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2015-cü il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2015-cü il üçün ehtiyac meyarının həddi haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin 2015-cü il üçün xərclər smetasi haqqında” və “Azərbaycan Respublikası Hesablama Palatasının 2015-cü il üçün xərclər smetası haqqında” qanun layihələri daxildir.

Qeyd edək ki, Hökumət deputatların təkliflərinə parlamentin noyabrın 28-də keçiriləcək iclasında cavab verəcək.


Teqlər:  





Xəbər lenti