Hindistan yanır -ölənlərin sayı 1400-ü keçdi

Hindistan yanır -ölənlərin sayı 1400-ü keçdi
  28 May 2015    Oxunub:1455
Hindistanda anomal istidən ölənlərin sayı 1400 nəfəri keçib.
AzVision.az-ın xarici mətbuata istinadən xəbər verir ki, Andxra Pradeş və Telenqada ştatlarında istiliyin 47 dərəcəyə çatıb.

İlkin statistikaya görə, ölənlərin sayı 1412 nəfərdir. İstidən həyatını itirənlər əsasən inşaat işçiləri və evsizlərdir.

Meteoroloji Departamentin əməkdaşları anomal istilərin bir neçə gün davam edəcəyini bildiriblər.

Temperaturun növbəti həftədən etibarən düşməsi gözlənilir.


Teqlər:  





Xəbər lenti