Hilal Məmmədov azadlığa buraxılır

Hilal Məmmədov azadlığa buraxılır
  23 Oktyabr 2014    Oxunub:1706
İnsan Hüquqları üzrə Birgə Qrupun oktyabrın 22-də keçirilən ilk iclasında qəbul edilən qərara əsasən, “Tolışi sədo” qəzetinin həbsdə olan baş redaktoru Hilal Məmmədova qızının toyunda iştirak etməyə icazə veriləcək.

Birgə Qrupun üzvü, Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva oktyabrın 23-də “Media forum” saytına deyib ki, Hilal Məmmədovun müvəqqəti azadlığa buraxılması üçün hüquqi prosedur bu gün başlayacaq: “Hilal Məmmədovun övladının toyu oktyabrın 24-də olacaq. Birgə Qrupun iclasında qızının toyunda iştirak etməsi üçün Hilal Məmmədova 3 günlük icazə verilməsi məsələsini qaldırdıq. Hökumət nümayəndələri buna ilkin razılıq verdilər. Dedilər ki, Hilal Məmmədovun müvəqqəti azadlığa buraxılması üçün hüquqi prosedur oktyabrın 23-də başlayacaq”.

Hilal Məmmədov 2012-ci ilin iyun ayında tutulub, 5 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onu dövlətə xəyanətdə, milli ayrı-seçkilik salmaqda və narkotik ticarətində təqsirli bilib. O, Bakıdakı 17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır.


Teqlər:





Xəbər lenti