Hicran Hüseynova vətəndaşlarla görüşəcək

Hicran Hüseynova vətəndaşlarla görüşəcək
  24 Yanvar 2015    Oxunub:2248
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova yanvarın 26-da Göygöl şəhərində vətəndaşları qəbul edəcək.


AzVision.az xəbər verir ki, bu barədə Komitənin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Qəbul saat 11:45-də Göygöl Rayon Uşaq və Ailələrə Dəstək Mərkəzində keçiriləcək. Qəbulda Gəncə və Naftalan şəhərlərindən, Göygöl, Qazax, Gədəbəy, Ağstafa, Tovuz, Samux, Daşkəsən, Şəmkir, Kəlbəcər rayonlarından olan vətəndaşlar iştirak edəcəklər.

AzVision.az


Teqlər:  





Xəbər lenti