“Vətənpərvər gəncliyin yetisməsində ünsiyyətin rolu”

“Vətənpərvər gəncliyin yetisməsində ünsiyyətin rolu”
  02 İyul 2015    Oxunub:2376
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Vətənpərvər gəncliyin yetisməsində ünsiyyətin rolu” adlı layihə davam edir.
AzVision.az xəbər verir ki, tədbir Bakı şəhəri Sabuncu rayon 309 sayli tam orta məktəbdə baş tutub. Tədbirin açılışında dövlət himni oxunub və gənclər Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə çıxış edən Layihənin rəhbəri YAP Gənclər Birliyinin fəal üzvü Arzu Xəlilova bildirib ki, ”Vətənpərvər gəncliyin yetişməsində ünsiyyətin rolu” layihəsinin əsas ideyası dövlət siyasətimizin vacib tərkib hissələrindən biri olan gənclərimizin vətənpərvər ruhda tərbiyə olunması istiqamətindəki işlərdə bir qatqımızın olmasıdır. Onun sözlərinə görə, cəmiyyətimizdə vətənpərvərliyin ünsiyyət vasitəsinə çevrilməsi çox vacib amillərdən biridir. Məhz bu layihə bir daha gəncləri millət, dövlət və yüksək keyfiyyətlər ətrafında sıx birləşdirəcək.

O, deyib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan dövlətçiliyinin müdafiəsi və torpaqlarımızın azad edilməsi istiqamətindəki fəaliyyəti, həyata keçirilən vətənpərvər siyasətin nəticəsi olaraq yetişən Mübariz İbrabimov və Ramil Səfərov kimi qəhrəmanlarımızın həyatı, eləcə də Qarabağ müharibəsində vuruşan Milli Qəhrəmanlarımızın keçdiyi şərəfli döyüş yolu gənclər arasında təbliğ olunmalıdır. Maariflənmə tədbirləri xüsusilə də Bakı şəhərində yerləşən ali və orta ixtisas məktəblərində təhsil alan gənclər və yeniyetmələr arasında keçirilməlidir.

Çünki müharibə şəraitində yaşayan respublikamız üçün belə maariflənmə tədbirləri xüsusilə önəmlidir. Bu istiqamətdə təlimlərin keçirilməsi gənclər və yeniyetmələr arasında vətənpərvərlik əhval-ruhiyyəsini daha da artırar və onlarda ictimai məsuliyyətin daha da güclənməsini təmin edəcək.

O, qeyd edib ki, bu gün Azərbaycan gənclərinin içində yatan vətənpərvərlik ruhu ilk Avropa Oyunlarında bir daha üzə çıxdı: “Bu Oyunlar sanki gənclərin öz vətənpərvərliyini nümayiş etdirmək üçün bir meydan oldu. Fikir verin, ilk Avropa Oyunlarında 12 500-ə yaxın könüllü çalışıb. Diqqət çəkən bir məqam da var ki, gənclərimiz bu işləri çox ürəklə etdirlər. Gənclərin ilk Avropa Oyunlarında könüllü kimi fəaliyyəti onların Vətənə olan sevgisindən irəli gəlir. Məncə, ən böyük vətənpərvərlik elə könüllülük fəaliyyətidir. Çünki bu, elə adında da göründüyü kimi bir könül işidir. Burada heç bir təmənna, maddi maraq olmur. Yalnız Vətənə olan sevgi inasanı bu fəaliyyətə sövq edir”.

Sonda gənclər öz sualları ilə orta məktəbin "Gənclərin Çagirşaqədərki Hazılığı” fənninin muəllimi İntiqam Əsgərovla diskussiyanı davam etdiriblər.

Qeyd edək ki, “Vətənpərvər gəncliyin yetisməsində ünsiyyətin rolu” adlı layihənin rəhbəri YAP Gənclər Birliyinin fəal üzvü Arzu Xəlilovadır.

Layihəni uğurla başa vurmuş iştirakçılar sertifikatlarla təltif olunacaqlar.


Teqlər:  





Xəbər lenti