Heydər Əliyev Mərkəzində yanğın

Heydər Əliyev Mərkəzində yanğın
  28 İyul 2014    Oxunub:1262
FHN: Mərkəzin zirzəmisində taxta qırıntıları tüstülənib
Heydər Əliyev Mərkəzində baş verən yanğının səbəbi məlum olub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən anspress-ə verilən məlumata görə, mərkəzin zirzəmisində taxta qırıntıları tüstülənib:

"Bu barədə bizə məlumat daxil olan kimi, yanğınsöndürənlər hadisə yerinə cəlb edildi. Məlum oldu ki, bu yanğın yox, sadəcə binanın zirzəmisində taxta-şalban qırıntılarının tüstülənməsidir. Hazırda tüstülənmənin qarşısı alınıb. Əməkdaşlarımız Heydər Əliyev Mərkəzində növbə çəkirlər".

***

Mərkəzin binasında çıxan yanğının söndürülməsinə 10-a yaxın yanğınsöndürmə maşını cəlb olunub. 

Fövqəladə Hallar Nazirliyinin 112 xidmətindən verilən açıqlamada bildirildi ki, yanğını hələlik söndürmək mümkün olmayıb: "Hazırda orada iş gedir".


Teqlər:  





Xəbər lenti