Hərbi xidmətə çağırış başladı

Hərbi xidmətə çağırış başladı
  01 Oktyabr 2014    Oxunub:1552
Azərbaycanda həqiqi hərbi xidmətə çağırış başlanıb.
AzVision.az xəbər verir ki, prezidentin sərəncamına əsasən, 1996-cı ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1979-1995-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikasının vətəndaşları oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Qeyd edək ki, hərbi xidmətə aparılan gənclər atrıq dünəndən Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin saytından düşdükləri qoşun növü və hərbi hissə barədə məlumatları əldə edə bilirlər.

AzVision.az


Teqlər:





Xəbər lenti