Hərbi həkim olmaq istəyənlərin nəzərinə

Hərbi həkim olmaq istəyənlərin nəzərinə
  01 Avqust 2015    Oxunub:2564
Azərbaycan Tibb Universitetinin (ATU) hərbi-tibb fakültəsinə müsabiqə zamanı boş qalmış (hərbi həkim işi ixtisası üzrə) 20 yerə qəbul həyata keçirilir. Bu müsabiqədə IV ixtisas qrupu üzrə qəbul imtahanında 350 və daha yuxarı bal toplamış oğlan abituriyentlər iştirak edə bilərlər.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyənlər hərbi həkim komissiyasından keçmək üçün avqustun 8-dək hər gün (bazar günü istisna olmaqla) saat 9:00-dan 17:00-dək müraciət etməlidirlər.

Qeydiyyat ATU-nun hərbi tibb fakültəsində aparılır (ünvan: Bakı şəhəri, Ceyhun Səlimov küçəsi, 3. Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ərazisi. Əlaqə telefonu: 541-13-36).


Teqlər:





Xəbər lenti