Hərbi hissələrə baxış keçirilib

Hərbi hissələrə baxış keçirilib
  22 Fevral 2017    Oxunub:1377
Ombudsman Aparatının əməkdaşları Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbi və Daxili Qoşunların Bakı şəhərindəki “N” saylı hərbi hissəsində plan üzrə baxış keçiriblər.

Ombudsman Aparatının mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Aparatın əməkdaşları tərəfindən Daxili Qoşunların Ali Hərbi Məktəbinin və “N” saylı hərbi hissəsinin bütün obyektlərinə, hərbi qulluqçuların yataqxanalarına, yeməkxanalarına, ərzaq anbarlarına, tibb məntəqəsinə, hərbi şəhərcikdə müasir üslubda tikilib otaqları bütün avadanlıqları ilə birgə istifadəyə verilmiş 1 ədəd on iki mərtəbəli və 2 ədəd beşmərtəbəli yaşayış binasına, 40 nəfərlik uşaq bağçasına baxış keçirilib.

Hərbi qulluqçulara yaradılmış şərait, onlarla rəftar, qidanın keyfiyyəti müsbət qiymətləndirilib. Görülən işlərin daha da təkmilləşdirilməsi üçün hərbi hissənin rəhbərliyinə müvafiq tövsiyələr verilib.

AzVision.az


Teqlər:





Xəbər lenti