Hərbçilərimiz xaricə gedir

Hərbçilərimiz xaricə gedir
  22 Sentyabr 2014    Oxunub:982
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri sentyabrın 22-dən 26-dək Tbilisi şəhərində (Gürcüstan) "Eternity - 2014" kompüter dəstəkli komanda-qərargah təlimində və sentyabrın 23-dən oktyabrın 2-dək Brunssum şəhərində (Niderland Krallığı) "Trident joust 2014" təkmilləşdirilmiş müşahidəçi proqramında iştirak edəcəklər.

AzVision.az


Teqlər:





Xəbər lenti