Hərbçilərimiz beynəlxalq tədbirlərdə iştirak edəcəklər

Hərbçilərimiz beynəlxalq tədbirlərdə iştirak edəcəklər
  03 Oktyabr 2015    Oxunub:1439
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, oktyabrın 4-dən 9-dək Helsinki şəhərində (Finlandiya) Beynəlxalq Dil Koordinasiyası bürosunun "Peşəkarlıq səviyyəsinin artırılması" mövzusunda seminar, oktyabrın 5-dən 9-dək Ankara şəhərində (Türkiyə) Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə "Eternity-2015" Komanda Qərargah təlimi, oktyabrın 5-dən noyabrın 27-dək Buxarest şəhərində (Rumıniya) intensiv ingilis dili kursu, oktyabrın 6-dan noyabrın 8-dək Tbilisi şəhərində (Gürcüstan) Azərbaycan, Türkiyə və Gürcüstan Silahlı Qüvvələrinin üçtərəfli əməkdaşlıq fəaliyyətlərinin əlaqələndirilməsi üzrə Koordinasiya Qrupunun toplantısı keçiriləcək.

Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

AzVision.az


Teqlər:  





Xəbər lenti