Hərbçilərimiz beynəlxalq tədbirlərdə iştirak edəcək

Hərbçilərimiz beynəlxalq tədbirlərdə iştirak edəcək
  20 Oktyabr 2014    Oxunub:1216
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək.
Oktyabrın 20-dən 21-dək Rukla şəhərində (Litva) Juozas Luksa Quru Qoşunları Təlim Mərkəzi və mərkəzdə təşkil olunan sərrast atıcılıq kursu ilə tanışlıq səfəri, oktyabrın 20-dən 24-dək İstanbul şəhərində (Türkiyə) Türkiyə Hərbi Dəniz Qüvvələrinin fərdi tədris sistemi ilə tanışlıq və təcrübə mübadiləsi, İzmir şəhərində (Türkiyə) Əldə hazırlanmış partlayıcı qurğuların istifadə olunduğu yüksək təhlükəli mühitdə taktiki əməliyyatların aparılması kursu, Brüssel şəhərində (Belçika) Tərəfdaş ölkələrin qərargah zabitləri üçün NATO ilə tanışlıq kursu, oktyabrın 21-dən noyabrın 13-dək Manama şəhərində (Bəhreyn) "Dəniz minalarına qarşı mübarizə tədbirləri üzrə beynəlxalq təlim-2014" yekun planlaşdırma konfransı keçiriləcək.

Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

AzVision.az


Teqlər:





Xəbər lenti