Hərbçilərimiz Türkiyədə kurs keçəcək

Hərbçilərimiz Türkiyədə kurs keçəcək
  22 Noyabr 2014    Oxunub:1153
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, noyabrın 24-dən 28-dək Ankara şəhərində (Türkiyə) Təbii fəlakətlər zamanı hümanitar yardım əməliyyatları kursu, noyabrın 25-dən 30-dək Antaliya şəhərində (Türkiyə) 31-ci Beynəlxalq Qastroentroloji konfransı, noyabrın 24-dən dekabrın 12-dək İzmir şəhərində (Türkiyə) Hərbi qulluqçu mübadiləsi, dekabrın 19-dək Braşov şəhərində (Rumıniya) Proqram və layihələrin idarə olunması kursu keçiriləcək.

Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.


Teqlər:





Xəbər lenti