Hepatitli xəstələrin sayı azalıb-Nazirlik

Hepatitli xəstələrin sayı azalıb-Nazirlik
  25 İyul 2014    Oxunub:847
2010-cü ildə bütün tip hepatitlər üzrə ilkin aşkarlanma 1282 olmuşdursa, bu göstərici 2013-cü ildə 524 olub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə,hepatit virusuna yoluxmuş xəstələrin müayinə və müalicəsi, bu xəstəlikdən qorunma istiqamətlərində ölkəmizdə də cox əhəmiyyətli addımlar atılır.Bu addımlardan ən önəmlisi olan, səhiyyə naziri cənab Oqtay Şirəliyevin Hepatit virusuna yoluxmuş xəstələrin diaqnozlarının müəyyən edilməsi, qeydiyyatının aparılması, onların dərman preparatları ilə təmin edilməsi və müalicəsinin təşkilinin təkmilləşdirilməsi məqsədilə əmr imzalamasıdır. Həmin əmrə əsasən Səhiyyə Nazirliyində “Hepatit virusuna yoluxmuş şəxslərin müayinə və müalicəsinin təşkili üzrə Komissiya” yaradılıb. Hepatitli xəstələrin diaqnozunun dəqiqləşdirilməsi məqsədilə müayinə planı təsdiq edilib. Respublikanın şəhər, rayon tibb idarə və müəssislərinin rəhbərlərinə virus hepatitli xəstələrin planda qeyd olunmuş müayinələrin nəticələrinə əsasən komissiyaya göndərilməsinə dair tapşırıqlar verilib.

Əmirdə hepatit virusuna yoluxmuş xəstələrin müalicəsi üzrə klinik protokolun hazırlanması, xəstələrin dəqiq qeydiyyatının aparılması, müayinələrin nəticələrindən asılı olaraq, xəstələrin ambulator və stasionar müalicəsinin klinik protokola uyğun təşkilinə nəzarət edilməsi və bu kimi əhəmiyyətli faktlar əks olunub.

Hazırda həmin komissiyanın rəyi əsasında virus hepatitli xəstələrin müvafiq dərman preparatları ilə və eləcə də müəyyən edilmiş tibb müəssisələrinin lazımi avadanlıqlarla təminatı ilə bağlı tədbirlər həyata keçirilir.

Ölkəmizdə viruslu hepatitlərə yoluxma halları illər üzrə müqayisədə aşağı düşüb. Beləki, 2010-cü ildə bütün tip hepatitlər üzrə ilkin aşkarlanma 1282 olmuşdursa, bu göstərici 2013-cü ildə 524 olub. Bunlardan da 2010-cu ildə Hepatit A 656, B 383, Hepatit C 224 nəfərdə aşkarlanıb. 2013-cü ildə isə hər birində xeyli azalma müşahidə olunub. Beləki, ümumi aşkarlanmış 524 haldan Hepatit A 150, B 223, Hepatit C 151 nəfərdə aşkarlanıb.

Nihadə Eyyubova


Teqlər:





Xəbər lenti