Hepatit virusu ilə xəstələnmə halları azalıb

Hepatit virusu ilə xəstələnmə halları azalıb
  28 İyul 2015    Oxunub:2442
Bu gün, qlobal ictimai səhiyyə problemi olan hepatit barədə maarifləndirməyə və dünya ölkələrində yoluxmaya qarşı profilaktik tədbirlərin stimullaşdırılmasına xidmət edir.
AzVision.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin “28 iyul - Beynəlxalq Hepatitlə Mübarizə Günü” ilə bağlı yaydığı məlumatda qeyd olunub. Məlumatda bildirilib ki, bu xəstəliyin müayinə və müalicəsi, həmçinin ondan qorunma istiqamətində ölkədə vəziyyətin yaxşılaşdırılması məqsədilə çox əhəmiyyətli addımlar atılır.

Bu sırada Azərbaycan Respublikası Səhiyyə Nazirliyində Hepatit virusuna yoluxmuş şəxslərin müayinə və müalicəsinin təşkili üzrə Komissiyanın yaradılmasını qeyd etmək lazımdır. Həyata keçirilən tədbirlər çərçivəsində hepatitli xəstələrin diaqnozunun dəqiqləşdirilməsi məqsədilə müayinə planı təsdiq edilmiş, şəhər, rayon tibb idarə və müəssislərinin rəhbərlərinə virus hepatitli xəstələrin planda qeyd olunmuş müayinələrin nəticələrinə əsasən komissiyaya göndərilməsinə dair tapşırıqlar verilib.

Komissiyanın rəyi əsasında virus hepatitli xəstələrin müvafiq dərman preparatları ilə və eləcə də müəyyən edilmiş tibb müəssisələrinin lazımi avadanlıqlarla təminatı ilə bağlı tədbirlər həyata keçirilib.

Dünyada hepatit xəstəliyinə tutulma hallarının artımına baxmayaraq, Azərbaycanda bu sahədə olan vəziyyət nəzərə çarpan dərəcədə yaxşılaşıb. Həyata keçirilən tədbirlər, o cümlədən, əhali arasında aparılan maarifləndirmə, təbliğat işləri, səhiyyə müəssisələrində təhlükəsizlik və digər addımlar sayəsində ölkədə viruslu hepatitlərə yoluxma halları illər üzrə müqayisədə aşağı düşüb.


Teqlər:  





Xəbər lenti