Həmsədrlərə daha bir etiraz

Həmsədrlərə daha bir etiraz
  21 Noyabr 2014    Oxunub:980
Müsavat Partiyası Azərbaycan ordusunun vurduğu erməni helikopteri ilə bağlı ATƏT-in Minsk qrupunun bəyanatına etiraz edib.
Partiyadan AzVision.az-a daxil olan məlumata görə, Minsk qrupu həmsədrlərinin Ağdam rayonu ərazisində vurulan hərbi helikopterin neytral ərazidə vurulması barədə açıqlaması Azərbaycanın suveren hüquqlarına, beynəlxalq normalara zidddir.

Partiyanın bəyanatında qeyd olunur ki, bu yanaşma həm də Minsk qrupu həmsədrlərinin mandatına uyğun olmayan, konfliktin kəskinləşməsinə xidmət edən bir açıqlamadır:

Müsavat Partiyası helikopter hadisəsi ilə bağlı ATƏT-in Minsk qrupunun bəyanatını əsassız, Azərbaycanın suveren hüquqlarına hörmətsizlik hesab edir.

Fatimə


Teqlər:





Xəbər lenti