Həmsədrlər Vyanda hesabat verəcəklər

Həmsədrlər Vyanda hesabat verəcəklər
  31 Mart 2015    Oxunub:2285
Amerikalı həmsədr Ceyms Uorlik bu gün Vyanda ATƏT-in Minsk qrupuna Azərbaycan və Ermənistan təmas xəttində zorakılıq hallarının artması və həmsədrlərin səyləri haqqında hesabat təqdim edəcək.
AzVision.az xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik "Twitter" sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Bu gün ATƏT-in Minsk qrupu həmsədrləri ATƏT-in Minsk qrupuna artan zorakılıq halları və vasitəçilik səyləri barədə hesabat təqdim edəcək. Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsini prioritetə çevirməliyik”, - deyə Uorlik vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti