Həkimə müraciət edən uşaqların sayı açıqlanıb

Həkimə müraciət edən uşaqların sayı açıqlanıb
  28 İyun 2016    Oxunub:2008
2015-ci il ərzində Elmi Təhqiqat Pediatriya Institutuna 9099, 2016-cı ilin birinci yarımilliyində isə 4500 müxtəlif dərəcəli sağlıq problemləri olan uşaq gətirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, ötən il ərzində Konsultativ poliklinika şöbəsinə 21761, 2016-cı ilin birinci yarımillində 10530 uşaq müayinədən keçirilib.

“Uşaqların icbari dispanserizasiyası haqqında Dövlət Proqramı”nın icrası da hər il uğurla tətbiq edilir. Belə ki, 2016-cı il Proqram çərçivəsində ET Pediatriya İnstitutunun əməkdaşları respublikanın rayonlarında ezamiyyətdə olublar. Həkimlərdən ibarət 15 qrup bölgələr üzrə 39 rayonda ezam olunublar.

Dispanserizasiya planına uyğun olaraq aparılan müayinə və müalicə tədbirləri haqqında məlumatın uşaqların dispanser müşahidə kartında əksini tapması və “Elektron sağlamlıq kartı”nın yaradılması araşdırılıb. Sağlamlıq imkanları məhdud olan, həmçinin cəzaçəkmə müəssisələrində olan, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların siyahısı dəqiqləşdirilib.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti