Həkim səhvinin qurbanı olan xəstənin digər ayağı da kəsildi

Həkim səhvinin qurbanı olan xəstənin digər ayağı da kəsildi
  26 İyun 2016    Oxunub:24756
Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzində həkim-cərrah Kərimov Valeh Ağalələ oğlu tərəfindən cərrahiyyə əməliyyatı zamanı sol ayağı amputasiya edilməli olduğu halda, sağ ayağı kəsilən Məmmədova Tərlan Həsən qızının sol ayağı bu gün amputasiya edilib.
AzVision.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzinin direktoru Azər Şəmsəddinski bildirib.

Bildirilir ki, əməliyyat bu gün A.Şəmsəddinski tərəfindən aparılıb.

Həkim qeyd edib ki, hazırda xəstə reanimasiyadadır, vəziyyəti orta-ağırdır.

AzVision.az


Teqlər:  





Xəbər lenti